XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 08:56

“Avis” aptek şəbəkəsinin direktorunun həbsi təsdiqləndi [color=red]- Prokurorluq

“Avis” Tibbi Marketlərinin direktoru həbs olunub.

Əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi keçirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Criminal.az”a apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun həbsini təsdiqləyib.

Qurum rəsmisinin sözlərinə görə, saxlanılanlar var. Əməliyyatın keçirilməsi apteklər şəbəkəsində süni qiymət artımı ilə bağlı olub. Hazırda firmanın bəzi aptekləri açıqdır, bəziləri isə bağlanıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvarından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 ildə isə şirkət Bakıda 10 aptek yaradıb.