XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 11:33

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib –Ölən və yaralananlar var

Yevlax rayonunun Xanabad kəndində baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

Məlumata görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri – Allahverdiyev Orxan Nofəl oğlu(1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı “VAZ-2106” markalı avtomobildə olub.

Qəzada iştirak edən “Mitsubishi” markalı “Picap” avtomobili “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə məxsusdur/Report.