XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 11:53

“Bandotdel” Abşeronda əməliyyat keçirdi –Saxlanılan var

Abşeron rayon sakinindən külli miqdarda narkotik maddə aşkarlanılıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini A.Əliyev saxlanılıb.

A.Əliyevin üzərində axtarış zamanı ondan 302 qrama yaxın heroin və 242 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.