XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 19:00

Samuxda polis əməliyyatı:rayon sakinindən çətənə kolları və 1,5 kiloqram marixuana götürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakini F.Bağırova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 11 çətənə kolu, habelə yardımçı təsərrüfatından 1,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.