Xızı rayonunda tapança ilə polis əməkdaşlarını hədələdiyinə görə tutulan şəxsdə narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Makarov” markalı tapança ilə polis əməkdaşlarını hədələdiyinə görə saxlanılan A.Ağayevin evinin həyətindən 540 qram marixuana aşkar edilərək götürülüb.