XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 10:23

Həbsdə olan dayısına telefon aparan şəxs tutuldu –Bakıda

Bakıda həbsdə olan dayısına telefon aparan şəxs saxlanılıb.

Strateq.az Penitensiar Xidmətə istinadla bildiirr ki, Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Sadıqov Bilal Sadəddin oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkçənin cibində gizlədilən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.