XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 12:39

Mingəçevirdə daha bir polis əməliyyatı:4 il əvvəl törədilən cinayət hadisəsinin üstü açılıb

Mingəçevir şəhəri ərazisində 4 il əvvəl törədilən cinayət hadisəsinin üstü açılıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girən 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.

Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.