XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Oktyabr 2019 - 16:12

Bərdədə ağır qəza oldu –DİN 2 nəfərin ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdə rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.