XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

07 Oktyabr 2019 - 12:23

Gəncədə polis əməliyyatı:oğurluq edən 3 nəfər saxlanıldı

Gəncədə evdən 10 000 manatlıq məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulan N.İbrahimovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.