XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 14:44

22 yaşlı müəllimə qaçırıldı -[color=red] Polisə şikayət

Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb.

Hadisə Ağcabədi rayonunda baş verib.

Rayon sakini 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən, bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək, naməlum istiqamətə qaçırılıb. 

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək, hadisə yerindən uzaqlaşıblar. 

Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin "102-Qaynar xəttinə" və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər. Hazırda rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 

Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Report.az