XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

08 Oktyabr 2019 - 17:49

Türkiyənin 11 şəhərində FETÖ əməliyyatı:51 nəfər tutuldu

Türkiyənin 11 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyatlar həyata keçirilib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatlar zamanı terror təskilatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Saxlanılanlar arasında vəkil, müəllim, din xadimi və bir neçə polis əməkdaşı da var.

Onların terror təşkilatının gizli xəbərləşmə sistemi olan “ByLock”dan istifadə etdikləri məlum olub.