Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb.
DİN-dən Strateq.az-a verilən məlumata görə, hadisə Xəzər rayon ərazisində baş verib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı İ.Əhmədov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 343 qram metamfetamin aşkarlanaraq götürülüb.