Bərdə rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.
DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.