XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 15:14

Gürcüstanda silahlı insident olub –Azərbaycanlı yaralanıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.

Hadisə çayxanalardan birində olub.

Nəticədə yerli sakin olan bir azərbaycanlı yaralanıb.

Hadisə yerinə polis və ekspert kriminalistlər cəlb olunub.

Hadisə şahidi Fuad Qəhrəmanov “Report”a bildirib ki, çayxanada oturan gənclər mübahisə ediblər: “Mübahisə davaya keçib. Üç gənc digər gəncə silahdan üç atəş açıb. Gənc topuğundan güllə yarası alıb. Atəş açanlar hadisə yerindən qaçıblar”.

F.Qəhrəmanovun sözlərinə görə, yaralanan gənc xəstəxanaya çatdırılıb.

Gənclərin mübahisəsinin səbəbi hələ məlum deyil.

Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.