XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 09:53

Bakıda polis əməliyyatı:2 nəfər narkotiklə tutuldu

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.

Strateq.az DİN-ə istinadla bildirir ki, hadisə paytaxtın Binəqədi və Səbail rayonları ərazisində baş verib.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının birgə keçirdikləri əməliyyat-axtarış tərbirləri zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü İ.Zaranovdan 222 qram metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü Ə.Abdullazadə saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 125 qram “Tramadol” və 0,65 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.