XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

17 Oktyabr 2019 - 10:13

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə xüsusi əməliyyat:qadın saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən, azərbaycanlıların yığcam yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində səhər saatlarında xüsusi əməliyyat keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir qadın saxlanılıb.

Polis saxlanılan şəxsin evində axtarış aparıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatla bağlı ətraflı məlumat yayacağı gözlənilir.