XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Oktyabr 2019 - 21:48

Pakistanda iki tayfa arasında atışma:14 nəfər öldürülüb

Pakistanın Hayber-Pahtunxva əyalətində iki tayfa arasında baş verən atışma nəticəsində 14 nəfər öldürülüb.

TASS xəbər verir ki, toqquşma Tank ərazisində, Marvat və Betani tayfaları arasında həll edilməmiş mübahisə üstündə olub.

“Hadisə Mullazay kəndində olub. Atışma köhnə düşmənçilik nəticəsində baş verib”, – deyə polisin regional bölməsinin nümayəndəsi Fəruz Şah bildirib.

Hazırda polis insidentlə bağlı araşdırma aparır, hadisəni iştirakçıları axtarılır/Report.