XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 06:56

Qobustan həbsxanasında intihar [color=red]- Məhbus özünü asdı

Qobustan həbsxanasında cəzasını çəkən ömürlük məhbus intihar edib.

Bu barədə Trend-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildrilir ki, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü mələfə ilə asıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, S.İbrahimov 2014-cü ildə Goranboyda qayınatası və qayınanasını xüsusi amansızlıqla qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmişdi.