Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb.
DİN-nin Mətbuat xidmətindən Strateq.az-a məlumata görə, Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə “VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin oktabrın 20-də saat 08.30-da Xətai rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Abşeron RPİ və Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.