XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 11:22

Rusiyada azərbaycanlı öz maşınında güllələndi – [color=red]VİDEO

Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda azərbaycanlı öz "Mersedes" markalı maşınında güllələnib.

Hadisə Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında baş verib. İnsidentin gecə saatlarında qeydə alındığı vurğulanır. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu deyilir. 

Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına "Chevrolet Lacetti" markalı maşın gəlib, onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən "Mercedes-Benz Gelandewagen" markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib. 

Məlumata görə, Heydərov burada meyvə-tərəvəz alveri ilə məşğul olub. O, meyvə tərəvəzi Cənubi Qafqazdan gətirirmiş. 

Hadisə yerindən video-süjetlə tanış olun: