XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 12:55

Qətl törədən şəxs saxlanıldı –DİN Gəncədə törədilən qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a  verilən məlumata görə, oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.