Gəncədə tikintidən 25 000 manatlıq inşaat materialları oğurlanıb.
Bu barədə Strateq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də tikinti sahələrinin birindən 25 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini C.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.