XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2019 - 17:44

Bakıda polis əməliyyatı:keçmiş məhkum narkotiklə tutuldu

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, A.Qarayevə və Z.Zeynallıya narkotik vasitə satmaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 642 qrama yaxın marixuana, 296 qrama yaxın tiryək, 684 ədəd metodon və 1 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.