XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 09:25

Gəncədə ağır qəza:iki tələbə ölüb

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, “Lada Priora” markalı avtomobil öncə “VAZ” markalı avtomobillə toqquşub, sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Eldar Kərim oğlu Məmmədli və onun həm yaşıdı İkram Arif oğlu Bayramlı ölüb.

Hadisə zamanı daha bir nəfər xəsarət alıb.

Məlumata görə, qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.

Faktla bağlı araşdırma aparılır/Report.