XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 17:36

İki nəfərin ölümünə səbəb olan sərxoş sürücü həbs edildi –Prokurorluq açıqlama yaydı

Gəncədə sərxoş halda yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Gəncə şəhəri ərazisində sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi “Lada Piriora” markalı 99-HD-730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57-CA-446 dövlət qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobil ilə toqquşması nəticəsində “Lada Piriora” markalı avtomobildə olan sərnişinlər – 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində vəfat etmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.