XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 18:37

Bərdədə polis əməliyyatı:qadının evindən narkotik çıxdı + FOTO

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Strateq.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini Ş.Əzizovanın evindən 75 qramdan artıq heroin, tiryək, marixuana, 50 qramdan artıq metamfetamin, 45 ədəd metadon, 16 ədəd ekstazi həbi, həmçinin tiryək və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.