XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 11:34

Dozadan artıq narkotik qəbul edən 26 yaşlı gənc küçədə öldü- Hacıqabulda

Hacıqabulda gənc oğlan narkotik maddənin təsirindən ölüb.

Trend-in məlumatına görə, hadisə küçədə, telefon mağazasının qarşısında baş verib.

Rayon sakini, 1993-cü il təvəllüdlü İsmayılov Amil Azad oğlunun meyiti gecə saatlarında xəstəxanaya gətirilib.

Meyiti xəstəxanaya gətirən rayon sakini Samid Minəxanov izahatında bildirib ki, gecə saat 02-03 radələrində rayon ərazisindəki telefon mağazasının qarşısı ilə hərəkət edərkən A.İsmayılovun yerdə çabaladığını görüb. A.İsmayılov S.Minəxanova bildirib ki, narkotik maddəni dozadan artıq qəbul etdiyindən vəziyyəti pisləşib və onu xəstəxanaya çatdırmağı xahiş edib.

S.Minəxanov təcili yardımla onu xəstəxanaya apararkən A.İsmayılov yolda dünyasını dəyişib.

Meyitə baxış keçirilərkən onun üzərində heç bir xəsarət izi aşkarlanmayıb. Müəyyən edilib ki, A.İsmayılov əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.