XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Oktyabr 2019 - 12:27

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb –DİN açıqlama yaydı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, oktyabr ayının 30-dan 31-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.