XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Oktyabr 2019 - 15:45

Bakıda iki sərnişin avtobusu toqquşub –7 nəfər yaralanıb

Bakıda iki sərnişin avtobusu toqquşub.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır/Report.