XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2019 - 21:50

Binəqədidə polis əməliyyatı:maşın qaçıran əcnəbi vətəndaş tutuldu

Bakıda maşın qaçıran əcnəbi şəxs tutulub.

Strateq.az DİN-ə istinadla  bildirir ki, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini A.Alməmmədov oktyabrın 29-da saat 6 radələrində Sulutəpə qəsəbəsinin ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığı deyib.

6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində tapılıb: “Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılıb”.