Bərdə rayonunda “Amminal” partlayıcı vasitəsi partlayıb.
Məlumata görə, hadisə Arabaçılar kəndində qeydə alınıb.
Belə ki, partlayıcı vasitə olan “Amminal” ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb.
Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Aminal” partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur/Report.