XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 06:34

Azərbaycanda jurnalistin qardaşları ağır qəzaya düşdülər, [color=red]biri vəfat etdi

Bu gün səhər saatlarında Quba rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Yol qəzasına düşən avtomobildəki sərnişinlərdən Anar Akif oğlu Ağayev dünyasını dəyişib, onun qardaşı Arzuman Akif oğlu Ağayev ağır vəziyyətdə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şəxs modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşlarıdır. Dünyasını dəyişən A.Ağayev ailəlidir, iki övladı var.

Quba Rayon Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin həkiminin modern.az saytına verdiyi məlumata görə, Anar Ağayev xəstəxanaya daxil olarkən vəfat edib, digər qardaş Arzuman isə sağ budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Allah rəhmət eləsin.