XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2016 - 07:32

Bakıda güclü külək fəhləni binadan atıb – [color=red]Faciə

Bakıda tikintidə faciə baş verib.

Səbail rayon Polis İdarəsindən apa.az-a verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb. Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq, ölüb.

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma – ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.