XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 19:50

Bakıda polis əməliyyatı:maşından pul oğurlayan əcnəbi saxlanıldı

Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.