XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2019 - 10:43

Hacıqabulda polis əməliyyatı:evdən oğurluq edən şəxs saxlanılıb

Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Strateq.az-a verilən məlumata görə, noyabrın 4-də Hacıqabul rayon sakini bir qadın DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanılıb. Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.