XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2019 - 12:12

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı –DİN açıqlama yaydı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, noyabr ayının 6-da törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb:

“Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında isə 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb”. 

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb”.