XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2019 - 12:23

Bakıda qaz xəttinə çırpılan maşın yandı –FOTO

Ötən gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.

Bu barədə “Azəriqaz”dan Strateq.az-a verilən məlumata görə, nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib: “Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub”.

Məlumata görə, hadisə nəticəsində maşın da yanıb.