XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

07 Noyabr 2019 - 16:13

Məhkəmə sistemində daha bir dəyişiklik –Yeni hakim korpusu formalaşdırılacaq + Bu tarixdən

Azərbaycanda iki ay sonra yeni məhkəmələrin fəaliyyətə başlaması ilə əlaqədar yeni hakim korpusu formalaşdırılır.

Strateq.az “Report”a istinadla xəbər verir ki, 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni inzibati və kommersiya məhkəmələrinin, habelə Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyaları üçün hakim korpusunun formalaşdırılması işi davam etdirilir.