XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2019 - 19:48

Pirşağıda qəza olub, qəsəbə qazsız qalıb- FOTO

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

“Azəriqaz” İstehsalat Birliyindən Strateq.az-a verilən məlumata görə, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mersedes” markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.