XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

09 Noyabr 2019 - 13:30

“Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb” –DİN açıqlama yaydı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, noyabrın 8-də törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında isə 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb”.

Məlumatda o da bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb”.