XƏBƏR LENTİ

11 Dekabr 2019

Digər Xəbərlər

11 Noyabr 2019 - 00:38

Braziliyadan Fransaya gətirilən 680 kq kokain saxlanıldı –Açıqlama

Fransada Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Havr şəhərində 680 kq kokain müsadirə ediblər.

Bu barədə “Franceinfo” məlumat yayıb.

Qeyd olunub ki, Fransanın Havr şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb.

Narkotik vasitə isə liman yaxınlığında yerləşən yaşayış binasında aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə bir avtomat və tüfəng tapıblar.

Polisin məlumatına görə, kokain Fransaya Braziliyadan gətirilib/Report.