Bərdə rayonunda dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayətləri də məlum olub.
Strateq.az DİN-ə istinadla bildirir ki, dələduzluq etdiyinə görə tutulan E.Qurbanovun ətrafında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan üç qadını aldadıb bank kartlarından, ümumilikdə, 964 manatı çıxararaq oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.