XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

12 Noyabr 2019 - 22:49

Bakıda maşın qaçıran azyaşlı saxlanıldı –DİN-dən açıqlama

Binəqədi rayonunda yeniyetmə avtomobil qaçırıb.

DİN-dən Strateq.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Xəlilov oktyabrın 25-nə keçən gecə Q.Qarayev küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.