XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 17:00

İmişlidə ov edən ərəblərin qəzaya düşməsiylə bağlı daha bir xəbər – [color=red]VİDEO

İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb.

Görüntüləri Kanal 24 internet televiziyası yayıb. Məlumata görə, Gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaşın İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı,37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hadisə yerindən çəkilmiş videogörüntüləri təqdim edirik: