Quba sakini evində dəm qazından boğulub ölüb.
Trend-in məlumatına görə, hadisə rayonun T.Əhmədov küçəsi 21 saylı evdə baş verib.
Həmin evdə yaşayan, 1964-cü il təvəllüdlü Cəbrayılov Mirzəbaba Əbülfəz oğlu gecə yuxuda olarkən kustar üsulla hazırlanmış sobadan dəm qazı evə dolub. Nəticədə M.Cəbrayılov qazdan boğularaq ölüb.
Onun meyiti gecə saatlarında oğlu tərəfindən aşkar edilib.