XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 22:56

Xaçmazda 20 yaşlı gənci qatar vuraraq öldürüb

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.