Daxili İşlər Nazirliyi Tovuzda 12 yaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb.
Məlumata görə, fevralın 10-da saat 14 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində Qovlar şəhər sakini Elçin Allahverdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Eşqin Ələkbərovu vurub. Uşaq hadisə yerində ölüb.
Fakt üzrə Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.