XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2019 - 11:32

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub- 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, Sahil qəsəbəsi, “20-ci Sahə” adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var.

Yaralılar xəstəxanaya yerləşdirilib.