XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 06:55

“SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktorunun 80 min manatı oğurlandı – [color=red]İlginc olay

"SOCAR Turkey Energy" şirkətinin Baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

Türkiyənin "Vətən" qəzetinin verdiyi məlumata görə, K.Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K.Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib:

"Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib".

K.Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K.Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.

Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.

Apa.az