XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2019 - 17:44

Şəmkirdə və paytaxtda soyğunçuluq edən şəxslər saxlanılıb –DİN--dən açıqlama

Şəmkirdə və paytaxtda soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, noyabrın 25-də Şəmkir rayonunun Sarıtəpə kənd sakini D.İbrahimova zor tətbiq edərək soyğunçuluq yolu ilə 350 manat pulunu almaqda şübhəli bilinən şəhər sakini X.Nəsibov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Paytaxtda S.İbadovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə içərisində 2 ədəd mobil telefon və planşet olan çantanı almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev isə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.